info@veten-ugrunda.az
 
MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB
Tarix: 31-08-2016 21:57   |  Müəllif: admin |  Baxılıb: 2050

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən yeni layihənin -Silahlı Qüvvələrdə“Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında silsilə tədbirlər aylığına start verilib.

Şəmkirdəki “N” saylı hərbi hissədə keçirilən ilk tədbirin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində Ulu öndərin mənalı ömür yolu və xalqa həsr olunmuş möhtəşəm xidmətlərini əks etdirən ekspozisiya qonaqlarda xoş təəssürat oyadıb.

Tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə nəşr olunan kitabların sərgisinə maraqla baxıblar.Komitə sədrinin müavini Gündüz İsmayılov nəşrlər barədə ətraflı məlumat verib.

Əsgər klubunda Silahlı Qüvvələrdə silsilə tədbirlər aylığının açılışına həsr olunan mərasimdə Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani çıxış edərək keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Polkovnik Abdulla Qurbani bildiribki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələr şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədəyönlü iş aparılır. Hər bir komandir, şəxsi heyətlə iş üzrə zabit yaxşı bilirki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsl vətəndaş, əsl döyüşçü yetişdirmək əsla mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu əsl fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir.

Qeyd olunub ki, uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan Azərbaycan əsgərinin 2-5 aprel döyüşlərindəki zəfərinin əsas amillərindən biri də şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması idi. Bu isə Silahlı Qüvvələrdə tərbiyə işində milli-mənəvi dəyərlərə geniş yer verilməsinin nəticəsidir.

Dini radikalizm isə bu gün bəşər üçün ən böyük təhlükə mənbəyidir və separatizmə, terrorizməaparan faciəvi yolun başlanğıcıdır. Heç bir ölkə və xalq dini radikalizmdən siğortalanmayıb. Odur ki, dini radikalizmə qarşı mübarizədə hər bir şəxs, eləcədə hərbi qulluqçular daim ayıq-sayıq olmalı, təsirlərə düşməməli və bu yolun həm özləri, həm ailələri, həm də vətəndaşı olduqları dövlət üçün təhlükəli olduğunu dərk etməlidirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu istiqamətdə Silahlı Qüvvələrdə aparılan işin təqdirəlayiq olduğunu bildirib. Müdaiə Nazirliyi ilə rəhbərlik etdiyi qurumun birgə planına əsasən keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Bu günlərdə uğurla başa çatan “Milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qoruyaq!” tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində tədbirlərdə minlərlə hərbi qulluqçunun, ilahiyyatçının, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyətli nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bütün əməkdaşlarının iştirakını, hətta cəbhə bölgələrində, ön səngərlərdə tədbirlərin təşkilini müsbət hal kimi qiymətləndirib.

Komitə sədri dünyanın bir çox ölkələrində iqtisadi, siyasi, hərbi böhran yaşandığına baxmayaraq, Azərbaycanda sabitlik və əmin-amanlığı, əhalinin sosial həyat tərzinin gündən-günə yaxşılaşmasını, ordu qurucluğunun dinamik sürətlə inkişafını, xalqların dostluq və qardaşlıq şəraitində yaşamasını, din və söz azadlığını ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Müdafiə Nazirliyinin yeni layihəsi də öz müsbət bəhrəsini verəcək, şəxsi heyətin milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müaviniFəxrəddin Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşları Rövşən Qarayev, Vüsal Hüseynov, dövlət qulluqçusu İlqar Orucov, Gəncə Şah Abbas məscidi dini icmasının sədri Hacı Əlisəftər, Şəmkir şəhər Cümə məsçidi dini icmasının sədri Hacı Natiq və başqaları çıxış edərək mövzu il bağlı öz fikirlərini bildiriblər.

Hərbi hissə komandirinin müavini polkovnik Nemət Babayev qonaqları salamlayıb və şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyi rəhbərliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətlərini xüsusilə vurğulayıb. Bu kimi tədbirlərin Silahlı Qüvvələr şəxsi heyətinin qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində müstəsna rolunu qeyd edib və dünyanı narahat edən bir çox dini cərəyanların Azərbaycan ordusuna sirayət etmədiyini, lakin dini radikalizmə qarşı mübarizə tədbirlərinin də yüksək səviyyədə təşkil edildiyini nəzərə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filminə kütləvi baxış olub və tamaşaçılar film haqqında öz fikir və təkliflərini bildiriblər.

Tədbirin sonunda qonaqlar əsgəri xidmət üçünyaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüb, hərbi hissədən xoş təəsüratla ayrılıblar.

MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB
MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB
MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB
MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB
MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB
MÜDAFİƏ NAZİRLİYİ YENİ LAYİHƏSİNƏ START VERİB










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX