info@veten-ugrunda.az
 
GİM HAQQINDA
Tarix: 01-11-2016 14:14   |  Müəllif: admin |  Baxılıb: 1582

GİM HAQQINDAHörmətli xanımlar və bəylər!

7 il bundan öncə, 8 aprel 2008-ci ildə “Gənclər İnkişaf Mərkəzi” yaradılmışdır.

Bizim şirkətin əsas fəaliyyət istiqamətlərindən biri gənclər üçün çox sayda əlavə peşəkar təhsil istiqamətləri olan pullu kurslar və dərnəklər şəbəkəsidir. Ilk 5 il ərzində GİM bu sahədə yüksək nailiyyətlər əldə etmişdir.

Kurslarımız qazandığımız etibara və tələbata görə özünü yaxşı tərəfdən tanıtmışdır.

Hər il kurslarımızda 500-ə yaxın dinləyici təhsil alır. Bizim məzunlar komersiya banklarında, dövlət və xarici şirkətlərdə işləyirlər, orta məktəb və kurslarda dərs keçirlər, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. GİM-nin illərlə əldə etdiyi uğurları bizlərə şirkətin fəaliyyət dairəsini və coğrafiyasını genişləndirərək, müxtəlif ölkələrdən mütəxəssisləri öz sıralarına daxil edərək şirkəti həmfikirlilər birliyinə çevirmək fikrini yaratmışdır.
GİM-nin beş illik fəaliyyəti dövründə şirkətin geniş əməkdaşlıq dairəsi toplanmışdır, bu da bizim əməkdaşları və kurs dinləyicilərini şirkətin bazasında yeni agentliklərin yaradılmasına cəlb etmişdir: turistik, reklam, veb-dizayn, məşğulluq, bayramların təşkili üzrə agentliklər.

2013-cü ilin fevral ayında GİM öz fəaliyyət dairəsini aşağıdakı istiqamətlər üzrə genişləndirmişdir:

1. Gənclərlə iş. Vətənpərvərlik tərbiyəsi, milli tariximizin və mədəniyyətimizin təbliği üzrə tədbirlərin təşkili. Festival, müsabiqə və viktorinalar təşkil edərək gənclərin yaradıcılıq bacarıqlarının inkişafı.
2. Təhsil. Pullu kursların təşkili və xaricdə təhsil alma imkanının yaradılması;
3. Məşğulluq. Gənclərə işlə təmin olunmaq üçün xidmətin göstərilməsi və şəxsi kiçik biznesin təşkil olunması üçün köməkliyin göstərilməsi. Şirkətin ticarət-iqtisadiyyat bölməsinə gənclərin işə cəlb olunması;
4. Veb-dizayn. Saytların yaradılması və peşəkar xidmətlərin göstərilməsi. Internet reklam;
5. Turizm. Beynəlxalq turların təşkili, avia biletlərin satışı, otellərin bron edilməsi (saxlanılması). Azərbaycan üzrə ölkəşünaslıq və müalicəvi turlar;
6. Reklam. Reklam-dizayn fəaliyyəti. Sahibkarlar üçün biznes inkişafının artması məqsədilə bir neçə reklam xidmətləri paketi tərtib edilmişdir. Reklam və mətbəə məhsullarının hazırlanması üçün sifarişlərin qəbul edilməsi;

Bununla əlaqədar olaraq “Gənclər İnkişaf Mərkəzi” öz GİM.AZ saytını yaratmışdır ki, hər arzu edən zamanla ayaqlaşa bilsin, öz bilik səviyyəsini və peşəkar yüksəlişini artıra bilsin və tez dəyişən həyatımızda özünü tanıtsın, böyük və mehriban ailənin “GİM” Birliyinin üzvü olduğunu hiss etsin. Yaxın vaxtlarda “GİM+” jurnalının – nəşr olunması plana daxil edilmişdir. Burada biz sizlərlə lazımi və xeyirli məlumatlarla bölüşəcəyik, şirkətin fəaliyyəti haqqında danışacağıq və gələcək inkişafı barədə bölüşəcəyik. Həmçinin bizim əməkdaşların işləri haqqında məlumat verəcəyik.

Bizim məqsədimiz – böyük Beynəlxalq şirkət yaratmaqdır. Hansı ki, gənclərə peşəkar təhsil almaqlarında və öz yaşayış yerindən asılı olmayaraq bacarıq və planlarını reallaşdırmaqda köməklik göstərəcəkdir.

Mən inanıram ki, bizim Sizlər üçün etdiyimiz işlər və GİM.AZ saytımız sizlərin etibarlı köməkçiniz və həyat bələdçiniz olacaqdır.

Hörmətlə və xoş arzularla,
“Gənclər İnkişaf Mərkəzi” MMC-nin direktoru Mirzəyeva Yelena Viktorovna











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX