info@veten-ugrunda.az
 
"9 MAY - QƏLƏBƏ GÜNU"
Tarix: 20-09-2015 13:47   |  Müəllif: admin |  Baxılıb: 21742

Gəncə Qarnizonu Zabitlər Evi 9 may-Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə veteranları təbrik edib

"9 MAY - QƏLƏBƏ  GÜNU""9 MAY - QƏLƏBƏ  GÜNU"


Gəncə Qarnizonu Zabitlər Evi 9 may-Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə veteranları təbrik edib. Böyük Qələbənin tarixə yazılmasında öz hünərləri ilə iz qoyanlar 70 il sonra da unudulmadıqlarını bir daha anlayıblar.


"9 MAY - QƏLƏBƏ  GÜNU""9 MAY - QƏLƏBƏ  GÜNU"


Gəncə Qarnizonu Zabitlər Evinin kollektivi tərəfindən hədiyyələrlə sevindirilən veteranlar Davud Məmmədov, Tofiq Hüseynov, Yəhya Əliyev, Rüstəm Verdiyev, Bəşir Bağırov, Vəli Hüseynov və İmran Əsgərov olublar. Doğum günü də 9 may tarixinə təsadüf edən Vəli Hüseynov 416-cı Taqanroq diviziyasında iştirak etməsindən danışıb. Böyük Vətən Müharibəsi illərində Azərbaycan xaqının göstərdiyi hünər və şücaətləri fəxrlə dilə gətirib.

"9 MAY - QƏLƏBƏ  GÜNU""9 MAY - QƏLƏBƏ  GÜNU""9 MAY - QƏLƏBƏ  GÜNU"


Göygöl rayon Hacıməlik kəndində yaşayan İmran Əsgərov da xatirələrində Azərbaycanlı igidlərin partizan kimi döyüşdə qorxmazlığından danışıb.

"9 MAY - QƏLƏBƏ  GÜNU""9 MAY - QƏLƏBƏ  GÜNU"


Qeyd edək ki, Böyük Vətən Müharibəsi veteranlarının hər il qələbə günündə Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən yad edilmələri artıq adət halını alıb.





VİDEO SUJETLƏR:













 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX