info@veten-ugrunda.az
 
GİM'İN STRATEGİYASI
Tarix: 01-11-2016 14:13   |  Müəllif: admin |  Baxılıb: 1513

GİM'İN STRATEGİYASI“Gənclər İnkişaf Mərkəzi” (GİM) gənclər birliyinin birgə strukturunu və bacarıqlı,fəal təşkilatçıları özündə birləşdirərək bu gün öz məqsədini beynəlxalq cəmiyyətin yaradılması ilə məşğul edir. Yaradılan cəmiyyət qarşısında duran məsələlər – öz bacarıqlarını inkişaf etdirməyə çalışan, arzularını həyata keçirmək və əlavə təhsil almaq, öz biznesini yaradan və inkişaf etdirmək istəyən, dövlətinin və başqa ölkələrin tarixini və mədəniyyətini öyrənmək istəyən, istirahət və dünya üzrə səyahət etmək istəyən gənc insanlara dəstək olmaqdır.

Şirkətin beynəlxalq statusu həmfikirlilər cəmiyyətinin yaradılmasında əməkdaşlığa maraq göstərən müxtəlif dövlətlərin nümayəndələrinin səylərini birləşdirməyə imkan verir. Sərhəd və məsafələri silmək, şirkətin gələcək perspektivi ilə bölüşmək və maraqlı layihələr və təkliflər təqdim etmək, cəmiyyətin tamhüquqlu iştirakçısı olmaq Internet məkanı sahəsində mümkün olmuşdur. Bizim saytın imkanlarından istifadə edərək, GİM cəmiyyətinin iştirakçıları şirkətin yeni məhsullarının və proqramlarının yaradılmasında və inkişafında iştirak edə bilərlər. Müvəffəqiyyətli misallardan biri saytda təşkil olunan müxtəlif ölkələrdən gənc insanların iştirak etdikləri beynəlxalq status almış müsabiqələr göstərilə bilər.

Birgə fəaliyyətin sonrakı mərhələsi kiçik biznesin inkişafı üçün yeni layihələrin tərtib edilməsidir və onların həyata keçirilməsinə köməklik göstərməkdir. Bu məqsədlə kiçik sahibkar üçün biznes-layihənin beynəlxalq müsabiqəsinin təşkil olunması planlaşdırılır. Şirkət maraqlı komersiya təkliflərinin həyata keçirilməsini yaxud bütün dünya üzrə maraq göstərən investorların axtarışını üzərinə götürməyə hazırdır.

Həmçinin GİM cəmiyyətinin üzvləri olan dövlətlərin milli tarixinin və mədəniyyətinin təbliğ edilməsinə böyük diqqət ayrılacaqdır. Bu, şirkət nümayəndəlliklərinin içtimai və mədəni fəaliyyətinə cəlb olunan gənc insanlara adət-ənənələrini və milli dəyərlərini yaxından tanımaq imkanı yaradacaq, demək ki, müxtəlif dövlətlərin gənclərinin qarşılıqlı anlaşmasını yaxşılaşdıracaqdır.

Həmçinin şirkətinn məsələlərinə təşkilatlarla əlaqələrin yaxşılaşdırılması, gənclərə əlavə təhsil xidmətlərinin göstərilməsi, dinləyicilərlə və dərs proqramları ilə paylaşma işlərinin aparılması, kurslarda dərs metodikasının yaxşılaşdırılması üzərində işlərin aparılması da daxildir. Bütün bunlar cəmiyyət üzvlərinin peşəkar səviyyəsini artırmağa imkan yaradacaq, həmçinin öz biznesini qurmaq üçün biliyin əldə etməsini yüngülləşdirəcəkdir.

Şirkətin fəaliyyətinin əsas istiqaməti musiqi və başqa yaradıcılıq potensialı olan istedadlı gəncləri aşkara çıxarmaqdır, və gələcəkdə - yeni nailiyyətlər əldə etməklərinə kömək göstərməkdir.GİM öz imkanlarından istifadə edərək gənc insanların bacarıqlarının inkişaf etməsinə şərait yaradacaq və onların istedadını təbliğ edəcəkdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində bədii kollektivlərin iş bölgüsünü həyata keçirəcəkdir və müxtəlif ölkələrdə festival və konsertlər təşkil edəcəkdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX