info@veten-ugrunda.az
 
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
Tarix: 29-05-2016 16:10   |  Müəllif: admin |  Baxılıb: 2048

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov və Milli Məclisin bir qrup deputatı Tərtər bölgəsində olublar. Onlar əvvəlcə xalqımızın ümummilli lideri H. Əliyevin Tərtər şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, xatirəsini hörmət və ehtiramla yad edib, qarşısına qızılgüllər düzüblər.

Sonra qonaqlar rayon ictimaiyətinin nümayəndələri ilə görüşərək onları 28 may Respublika Günü münasibəti ilə təbrik edib, problem və qayğıları ilə maraqlanıblar.

İcra başçısı Müstəqim Məmmədov bu bölgədə Ordu ilə Xalqın sarsılmaz birliyindən, vətənpərvərlik hissinin çox yüksək səviyyyədə olmasından bəhs edib. O bildirib ki , möhtərəm prezdentimizin may ayının əvvələrində xanımı ilə birlikdə cəbhə bölgəsinə gəlişi yerli sakinlərlə, hərbçilərlə görüşü bu hissi daha da yüksəldib.

Müdafiə Nazirliyinin Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan və Gəncə Qarnizonu Zabitlər Evinin əməkdaşları tərəfindən hazırlanan “Qəhrəman Tərtərim”- video klipinin təqdimatı olub. Əvvəlcə musiqi kompazisiyasının ideya və sözlərinin müəllifi , Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, musiqisi ölməz sənətkarımız Qara Qarayevin yetirməsi olan Azad Zahidin olan musiqi kompazisiyasını Azərbaycan Milli Akademik Opera və Balet Teatrının aparıcı aktyorlarından olan əməkdar artist Cahangir Qurbanov, V Televiziya Muğam Müsabiqəsinin qalibləri Türkay Məlikova, Fərid Əmiraslanov, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, eləcə də əsgər xoru ifa eidblər.

Qonaqlar klipi böyük maraqla izləyib və bu möhtəşəm musiqi əsərini qəhrəman Tərtərin himni kimi qəbul ediblər.

2-5 aprel döyüşlərində şəxsi şücaət göstərmiş bir qrup hərbi qulluqçu ilə görüş əsgər və zabitlərin xatirəsində unudulmaz hadisəyə çevrildiyi kimi, qonaqlarda da xoş təasürat oyadıb.

Hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandıran cənab Əli Əhmədov əmin olduğunu bildirib ki, Azərbaycan xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiq olan Azərbaycan əsgəri, bundan sonra da, xalqımızı uğur və qələbə müjdələri ilə sevindirəcəkdir.

Baş nazirin rəhbərlik etdiyi qrup düşmənlə təmas xəttindəki kəndlərdə olub, erməni silahlı bölmələrinin atəşləri nəticəsində dağılmış evlərə baş çəkmiş, ən çətin məqamlarda belə doğma ocaqlarını tərk etməyən kənd sakinlərinə minnətdarlığını bildirib, aparılan bərpa-quruculuq işlərindən razı qalıb.

Düşmənlə üzbəüz mövqelərdə qonaqlar şəxsi heyətlə görüşüb, xidmət üçün yaradılan yüksək səviyyəli şəraitdən razı qalıb, əsgərlərlə çay süfrəsi ətrafında söhbət edib və onların döyüş ruhunun yüksək səviyyədə olduğunu qeyd ediblər. Onlara xüsusi hədiyyə təqdim edilib.

Tərtər şəhərində yeni yaradılmış hərbi şəhərciyi ziyarət edən qonaqlar şəxsi heyətlə görüşüb, yataqxana, ideoloji otaq və digər xidmət sahələrinə baxıb , yeməkxanada əsgər üçün hazırlanmış bayram süfrəsindəki yemək nümunənələrindən dadmışlar.

Şəxsi heyət adından çıxış edən polkovnik-leytenant Əli Quliyev qonaqları əmin etdi ki, bundan sonra da vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirəcəklər.

ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ
ƏLİ ƏHMƏDOV VƏ MİLLİ MƏSLİS DEPUTATLARI TƏRTƏRDƏ










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX