CƏBHƏ BÖLGƏSİNDƏ ZİREHLİ TEXNİKA QRUPLARININ DÖYÜŞ HAZIRLIĞI TƏLİMİ KEÇİRİLİB
Tarix: 11-05-2016 11:09 | Müəllif:
admin | Baxılıb: 1675
2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.
Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.