info@veten-ugrunda.az
 
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
Tarix: 18-12-2015 11:54   |  Müəllif: admin |  Baxılıb: 1804

Saytımız Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net” milli internet müsabiqəsinin “Qarabağla bağlı saytlar” nominasiyası üzrə qalibi elan olunub.

Müsabiqədə sosial, iqtisadi, mədəni, elmi, hüquqi və digər sahələrdə 14 nominasiya üzrə 299 internet səhifə iştirak edib. Müsabiqəyə təqdim edilən internet səhifələrin qiymətləndirilməsi onların dizaynı, məzmunu, yenilənmə tezliyi, auditoriyası, funksionallığı, yüklənmə müddəti, strukturu, informasiyanın etibarlılığı, aktuallığı, dəqiqliyi və dolğunluğu kimi meyarlara əsasən aparılıb. Mükafatlandırma mərasimində saytımız adına mükafatı, Vətən Uğrunda saytının müəllifi Elçin Bayram iştirak edərək qəbul edib. Tədbirdə çıxış edən Elçin Bayram mükafatlara görə təşkilatçılara təşəkkür edib.

Qeyd edək ki, Milli İnternet Mükafatı - Milli Net Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına, ən yaxşı milli internet resursların geniş istifadəçi auditoriyasında təbliğinə, informasiya texnologiyalarının tanınmasına və Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə dəstək verən peşəkar mükafatdır.

http://millinet.az/index.php?sec=news&id=124

SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB
SAYTIMIZ MİLLİ NET'İN QALİBİ OLUB










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX