info@veten-ugrunda.az
 
HƏRBİ HAVA QÜVVƏLƏRİNİN AVİABAZASINDA YENİ YAŞAYIŞ BİNASININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
Tarix: 23-10-2015 16:08   |  Müəllif: admin |  Baxılıb: 2219

HƏRBİ HAVA QÜVVƏLƏRİNİN AVİABAZASINDA YENİ YAŞAYIŞ BİNASININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən oktyabrın 21-də Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimi keçirilib.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək bildirib:

“İlin sonuna kimi yalnız Bakı qarnizonunda 500-dən artıq yeni xidməti mənzillərin istifadəyə verilməsini planlaşdırırıq. Hərbi Hava Qüvvələrinin digər aviabazalarında hazırda 3 yaşayış binasının tikintisi davam etdirilir.

2015-ci ilin sonunadək biz 10-dək yeni hərbi hissənin açılışında iştirak edəcəyik. Görülən işlərin hamısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir.

Ali Baş Komandan Silahlı Qüvvələrin bütün infrastrukturunun yenilənməsi ilə bağlı qarşımıza tapşırıq qoyub. Bu müddətdə biz xeyli işlər görüb, problemlərin əksər hissəsini həll etmişik. Ərazidə qərargah, əsgər yataqxanaları, yeməkxanalar, bu gün isə yeni yaşayış binası sizin istifadənizə verilir. Hərbi qulluqçular üçün ailəsinin rahatlığı onun xidmətinə çox müsbət təsir göstərir.

Hazırda dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan gələn il üçün hərbi xərclərini yenə də artırdı. Silahlı Qüvvələrin möhkəmləndirilməsi Ali Baş Komandan, Azərbaycan dövləti və xalqı tərəfindən önəm verilən məsələlərdən ən əsasıdır. Bu, hərbi xidmətinizin yüksək səviyyədə təşkil olunması üçün sizə yaradılan şəraitdir.

Orduya göstərilən bu diqqət ölkədəki sabitlikdən, iqtisadi inkişafdan və Ali Baş Komandanın qayğısından irəli gəlir. Əsas problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Bu problem Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən həll olunacaqdır.

Qısa bir müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq və qarşı tərəf panikadadır. Torpaqlarımızın azadlığı uğrunda düşmənə vurulacaq zərbədə əsas rolu o cümlədən Hərbi Hava Qüvvələri yerinə yetirəcək və Azərbaycan xalqının, cənab Prezidentin etimadını doğruldacaqsınız.

Tikintidə əməyi keçən hər kəsə öz adımdan və bütün zabitlər adından minnətdarlığımı bildirirəm. Bir daha Sizi təbrik edir, bu mənzillərdə ailənizlə bir yerdə xoşbəxt həyat və yeni nailiyyətlər arzulayıram”.

Yaşayış binası ilə tanışlıq zamanı məlumat verilib ki, 5 mərtəbəli, 50 mənzilli 5 bloklu yaşayış binası 3 otaqlı mənzillərdən ibarətdir. Burada su, qaz, elektrik, telefon, rəqəmsal televiziya xətləri çəkilib və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standartlara cavab verən tam təmirli mənzillər yataq, qonaq, mətbəx mebelləri və digər lazımi avadanlıqlarla təchiz olunub.

Binanın həyətində abadlıq-yaşıllaşdırma işləri görülüb, böyüklərin və uşaqların səmərəli istirahəti üçün lazımi şərait yaradılıb. Ərazidə yarımstansiya, 2 ədəd hər biri 150 kub m. tutumu olan su anbarları tikilib, yaşayış binasının ətrafı asfalt döşəmə ilə örtülüb, kanalizasiya sistemi quraşdırılıb və ərazi hasara alınıb.

Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX