Rüstəmov Yasin Allahyar oğlu
Tarix: 15-10-2015 19:00 | Müəllif:
vetenugrunda | Baxılıb: 2302

1961-ci ildə Şəmkir rayonunda anadan olub. Orta təhsilini Nizami adına kənd məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Sovet ordusunda hərbi xidmətə yollanır. Əsgərliyi bitirdikdən sonra Rostov şəhərində instituta qəbul olur. 1987-ci ildə oranı biririb Volqoqrad şəhərində işləyir. 1991-ci ilin axırlarında müharibə vəziyyəti ilə əlaqədar ailəsi ilə Azərbaycana qayıdır. Azərbaycana qayıtdıqdan sonra Milli orduya qəbul olur. 1992-ci il avqustun 8-də Bölük komandiri vəzifəsində Başkəndin Ermənilərdən azad edilməsində iştirak edib. Ailəlidir, 2 övladı var.