Novruzov Əlyar Kazım oğlu
Tarix: 15-10-2015 18:59 | Müəllif:
vetenugrunda | Baxılıb: 1464

1961-ci il yanvarın 25-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. Orta məktəbi kəmin kənddə bitirdikdən sonra 1977-ci ildə Bakıda Bədən Tərbiyəsi İnstituna daxil olur. 1979-cu ildə oranı bitirib kəndə qayıdıb müəllim işləyib. 1991-ci ildə könüllü olaraq hərbi xidmətə yollanır. Kəşfiyat taqımının komandiri, bölük komandiri, batalyon qərargah rəisi vəzifələrində çalışıb. Gədəbəydə Sarıyal, Şəmirli, Hörükdaş, Kəçəl Dağ, Başkəndin alınması döyüşlərində, Zəyəm Aerodromun alınması, eləcə də Goranbay rayonu Şəfəq kəndində və Ağdamda bir çox əməliyyatlarda fəal iştirak edib.