Məhərov İlqar Eldar oğlu
Tarix: 15-10-2015 18:56 | Müəllif:
vetenugrunda | Baxılıb: 1575

1969-cu il fevralın 23-də Şəmkir rayonu Dəllər qəsəbəsində anadan olub. 1976-cı il Əhməd Cavad adına orta məktəbə gedir. 1986-cı ildə həmin məktəbi bitirib Sovet ordusunda hərbi xidmətə yollanıb. 1989-cu ildə hərbi xidmətdən qayıdıb. 1991-ci ildə könüllü olaraq Milli orduya gedib. Goranboyda Şəfəq kəndi, Xanlarda Sarısu kəndi, Başkəndin alınması, Mutudərə, Hörükdaş, Əyriyol, Keçəldağ, Ağ qaya, Şəmirli, Dumanlı postu və bir çox digər əməliyatlarda fəal iştirak edib. 1992-ci il avqustun 17-də başından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Oktyabrın 2-də yenidən Başkəndə qayıdıb. 1996-cı il fevralın 26-da ordudan təxris olunub.