CƏBHƏ XƏTTİNDƏ YERLƏŞƏN BÖLMƏLƏRDƏ BAYRAM TƏDBİRLƏRİ KEÇİRİLİB
Tarix: 30-12-2019 00:34 | Müəllif:
admin | Baxılıb: 820
"Vətən Uğrunda" səyyar təşviqat dəstəsi cəbhə boyu yerləşən N saylı hərbi hissədə və hərbi şəhərcikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Bayram tədbirlərində şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman oyunlar keçirilib, hərbi qulluqçulara bayram hədiyyələri çatdırılıb.