CƏBHƏBOYU ZONADA YERLƏŞƏN HƏRBİ HİSSƏLƏRDƏ NOVRUZ ŞƏNLİYİ TƏŞKİL EDİLİB
Tarix: 21-03-2019 12:00 | Müəllif:
admin | Baxılıb: 1070
“Vətən Uğrunda” səyyar təşviqat dəstəsi cəbhəboyu zonada yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi təşkil edib.
Hərbi qulluqçuların ünvanına Novruz bayramı münasibəti ilə ən xoş arzular çatdırılıb. Azərbaycan Ordusunun igid, rəşadətli Vətən keşikçiləri sayəsində Novruz tonqalarının Qarabağda, Şuşada və işğaldan azad işğaldan azad edilmiş torpaqlarımızda qalacağına əminlik ifadə olunub.Bayram şənliyində Bahar qızı, keçəl və kosanın iştirakı ilə göstərilən səhnəcik əsgərlərin bayram əhval ruhiyyəsini daha da artırıb. Belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğu, onlarda ruh yüksəkliyi yaratdığı bildirilib.