info@veten-ugrunda.az
 
20 YANVAR FACİƏSİNİN 30-CÜ İL DÖNÜMÜ İLƏ BAĞLI ANIM TƏDBİRİ KEÇİRİLİB
Tarix: 19-01-2020 18:22   |  Müəllif: admin |  Baxılıb: 785

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə və döyüş mövqeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Bu gün hər bir azərbaycanlı 20 yanvar tarixini müstəqillik mübarizəsində ən şərəfli günlərdən biri sayır, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıblar.

Qanlı Yanvar ilə bağlı qısametrajlı film nümayiş etdirilmişdir.

Sonda Qanlı Yanvarın tarixi və mahiyyətindən bəhs edən kitab, jurnal, qəzet və plakatlardan ibarət sərgiyə baxış keçirilib.Sonda Qanlı Yanvarın tarixi və mahiyyətindən bəhs edən kitab, jurnal, qəzet və tablolardan ibarət sərgiyə baxış keçirilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX