info@veten-ugrunda.az
 
"GƏNCLƏR GÜNÜ"'NƏ HƏSR EDİLMİŞ MÜSABİQƏNİN QALİBLƏRİNƏ HDQ BAZASINDA EKSKURSİYA TƏŞKİL OLUNUB
Tarix: 14-03-2019 09:29   |  Müəllif: admin |  Baxılıb: 1172

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı “Gənclər günü” münasibəti ilə keçirilən musiqi müsabiqəsinin qalibi olan istedadlı gənclər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya təşkil olunub.

Eksursiya iştirakçılarına hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, eyni zamanda şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib. Gəncləri maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb. Hərbi Dəniz Qüvvələrinə ekskursiya gənclərin böyük marağına səbəb olub. İstedadlı gənclər zabit və miçmanlar üçün mahnılar ifa ediblər.

Qonaqlar Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsində əsgər və zabitlər üçün yaradılan yüksək şərait ilə tanış olublar. Müsabiqə qalibləri hərbi hissəyə ekskursiyanın olduqca maraqlı keçdiyini və hərbi qulluqçular ilə görüşün, ordumuzun malik olduğu hərbi qüdrəti haqqında bilgilərin onların dünyagörüşündə böyük iz buraxdığını qeyd ediblər.

Qonaqlar “Əsgər yeməkxanası”nda hərbi qulluqçularla birgə nahar ediblər. Ana qayğısı ilə hazırlanan dadalı əsgər yeməyi gənclər tərəfindən çox bəyənilib.

Hərbi hissəyə ekskuriya zamanı xatirə şəkilləri çəkdirilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX