info@veten-ugrunda.az
 
XOCALI SOYQIRIMININ 27-Cİ İL DÖNÜMÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİR
Tarix: 26-02-2019 09:51   |  Müəllif: admin |  Baxılıb: 1093

“Vətən Uğrunda” səyyar təşviqat dəstəsi hərbi hissələrdə və ön cəbhədə xidmət aparan əsgərlərin iştirakı ilə Xocalı soyqırımının 27-ci il dönümünə həsr edilən tədbirlər keçirib. Anım tədbirlərində 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

1992-сi ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda dinc sakinlərə qarşı törətdiyi vəhşiliklər haqqında əsgərlərə məlumatlar verilib. Vurğulanıb ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.

Erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 8 ailə bütövlükdə məhv edilib.

Tədbirdə Xocalı soyqırımına həsr olunan kitab sərgisi təşkil olunub. “Xocalı yol gözləyir” devizi altında keçirilən tədbirdən hazırlanmış film nümayiş etdirilib. Xocalı soyqırımı ilə bağlı izlədikləri filimdən çox təsirləndiklərini bildirən əsgərlər belə tədbirlərin onlarda vətənpərvərlik hissini daha da gücləndirdiyini qeyd ediblər.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX