HƏRBİ HİSSƏLƏRDƏ BAYRAM TƏDBİRLƏRİ KEÇİRİLİB
Tarix: 02-01-2019 10:54 | Müəllif:
admin | Baxılıb: 1108
Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibəti ilə hərbi qulluqçulara bayram təşkil edib. Tədbirə qatılan Şaxta baba və Qarqız əsgərləri qarşıdan gələn bayramlarını təbrik edib.
Şaxta baba və Qarqız əsgərlərin bayram əhval ruhiyyəsini daha da yüksəltmək üçün maraqlı oyun və yarışmalar keçirib. Yarışmalarda fərqlənən əsgərlərə Şaxta baba və Qarqız hədiyyələr təqdim edib.
Bayram sevincini yaşayan əsgərlər hərbi vətənpərvərlik ruhunda mahnılar ifa edib, rəngarəng rəqs nömrələri ilə tədbiri daha da yaddaqalan ediblər.