info@veten-ugrunda.az
 
UNEC nümayəndələri Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb.
Tarix: 29-12-2017 14:03   |  Müəllif: admin |  Baxılıb: 1315

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor, müəllim və tələbələrindən ibarət bir qrup respublikamızın Qərb bölgəsinə səfər edərək Vətən müdafiəçiləri ilə görüşüb.

Ertəsi gün universitetin Yaradıcılıq Mərkəzinin üzvləri artilleriyaçılar qarşısında geniş proqramla çıxış ediblər. Aslan Əzimzadənin ifasında “Zəfər marşı”, Rauf Məmmədzadənin ifa etdiyi “Azərbaycan” mahnısı, Nəriman Nərimanov və Rəşad Cəlilin “Əsgərəm” instrumental ifası, İqbal Bayramov və İlham Quliyevin vətənpərvərlik şeirləri, Ceyhun Bəxtiyarovun ifa etdiyi muğamlar hərbçilərdə xoş ovqat yaradıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar İncəsənət xadimi Barat Vüsal da qonaqlara qoşulub və Azərbaycan əsgərinə həsr etdiyi yeni şeirlərini oxuyub.

Tankçılarla görüş zamanı qonaqlar zirehli texnikalarla və yeni silahlarla tanış olub, şəxsi heyətlə kompleks və fərdi söhbətlər aparıb, onların arzu və təkliflərini dinləyib və “Qələbə müjdəli Yeni il gəlir” tədbirində işrirak ediblər.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun vaxtilə xidmət etdiyi taborda şəhid əsgərin xatirəsi yad edilib, bir il öncə şəhidlik zirvəsinə ucalan igid döyüşçünün qısa və mənalı həyatı, sücaət və rəşadəti barədə məlumat verilib.

UNEC-in İqtisadiyyat fakültəsinin dekan müavini Nüşirəvan Əliyev, Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, Tələbə Gənclər Təşkilatının sədri Rəsul Həşimov və İqtisadçı Vətənpərvərlər Mərkəzinin sədri Kəramət Zeynalov iki gün ərzində cəbhə bölgəsindəki əsgərlərlə görüşü uzun müddət unutmayacaqlarını qeyd ediblər. Tələbələrin ifa etdikləri hərbi marşlar, vətənpərvərlik mahnıları və qələbəyə səsləyən alovlu şeirlər şəxsi heyətin döyüş ruhunu daha da yüksəldib.

Hərbi hissə komandiri UNEC-in rektoru, professor Ədalət Muradova və qrupun üzvlərinə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.
Müdafiə nazirinin əmri ilə adı xidmət etdiyi bölüyün şəxsi heyətinin siyahısına əbədi olaraq yazılan Milli Qəhrəman Ç.Qurbanovun davamçılarını - xalqımıza böyük qələbə sevincini yaşadacaq Vətən müdafiəçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən qonaqlar Qərb bölgəsindən, hərbçilərlə görüşlərdən xoş təəssüratlarla ayrılıblar.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX