info@veten-ugrunda.az
 
"Qazax - Xidmət etdiyin diyar"
Tarix: 19-12-2017 07:48   |  Müəllif: admin |  Baxılıb: 1469

N nömrəli hərbi hissədə “Qazax - Xidmət etdiyin diyar” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək, “Qazax - Xidmət etdiyin diyar” kitabının məziyyətlərindən söz açıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə işıq üzü görən kitab-albomda Prezident İlham Əliyevin Qazaxa səfərləri, rayonun tarixi, dünəni, bu günü, yaradıcı insanları, tarixi abidələri, Milli qəhrəmanları, şəhidləri, hərbçiləri, tarixi şəxsiyyətləri, rayonda inşa edilmiş sosialyönümlü obyektləri haqqında xronoloji məlumatlar və şəkillər dərc edilib. Nəfis tərtibatda nəşr olunmuş kitab-albom Qazax Rayon İcra Hakimiyyətinin və qədirbilən qazaxlıların rayonun müdafiəsində mərdliklə dayanan Vətən əsgərlərinə hədiyyəsidir.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında bildirib ki, Ümummilli Liderin söylədiyi kimi, “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır. Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Rəcəb Babaşov Qazaxda bir neçə gün öncə keçirilmiş “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında təşkil olunmuş möhtəşəm tədbirdən söz açaraq qeyd edib ki, həmin ümumxalq tədbirində xalqımız ordu ilə, ordumuz isə xalqla bir və həmrəy olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanda ilk dəfə keçirilən bu pilot layihə qazaxlıların orduya daim dəstək olduğunu əyani şəkildə göstərdi.
Sonra Rəcəb Babaşov “Qazax - Xidmət etdiyin diyar” kitabını tədbirdə iştirak edən hərbçilərə, müharibə veteranlarına və ağsaqqallara hədiyyə edib.
Böyük Vətən müharibəsi veteranı Xanqulu Süleymanov, Əməkdar İdman Ustası Ramiz Tağıyev, el ağsaqqalı Mustafa Mahmudov, şəhid Mühüd Orucovun atası Qurban Orucov və başqaları çıxış edərək Qazaxın düşmən qarşısında bir sipər, qala olmasından söz açıb, “Qazax - Xidmət etdiyin diyar” kitabının xalqla ordu birliyinə ən gözəl töhfə olduğunu qeyd ediblər.
Aşıqlardan Camoy Qurbanov və Samir Allahverdiyev Vətənə, orduya həsr olunmuş mahnılar ifa ediblər.
Sonra tədbir iştirakçıları N nömrəli hərbi hissədə yaradılmış nümunəvi şəraitlə yaxından tanış olub, əsgər yataqxanalarına, yeməkxanaya, əsgərlərin xidmət etdiyi sahələrə baxıblar.
Tədbir iştirakçıları düşmənlə sərhəddə yerləşən ön cəbhəyə gedib, burada xidmət edən əsgərlərlə görüşüb, hərbçilərə hərbi xidmətdə uğurlar arzulayıblar.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX