info@veten-ugrunda.az
 
"HƏR ANIMIZ VƏTƏN DEYİR!" KÜTLƏVİ HƏRBİ ŞÖHRƏT BAYRAMI
Tarix: 24-04-2016 23:47   |  Müəllif: admin |  Baxılıb: 2243

Tərtər şəhərində Müdafiə Nazirliyinin Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın birliyinin nümayişinə çevrildi.

Müdafiə Nazirliyi rəsmiləri, İcra Hakimiyyəti nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyublar.

Tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Tərtər rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak etdilər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışdı, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirdi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, aprel ayının 24-də “Hər anımız Vətən deyir” adlı hərbi şöhrət bayramının Tərtərdə keçirilməsi hər kəsi ürəkdən sevindirir. Çünki Tərtər döyüşən şəhər, alınmaz qaladır. Tədbirə qatılanlar elə bu axşam özləri şahid oldular ki, ordu və xalq birliyi möhkəmdir, düşmənin təxribatlarına layiqli cavablar verilir. Biz həm döyüşür, həm işləyirik. Döyüşlər gedə-gedə yol çəkirik, təmir işləri aparırıq, kənd təsərrüfatı işləri ilə məşğul oluruq.

Tərtərlilər bir an belə öz ev-eşiyini tərk etmir, əsgərlərimizə dəstək olurlar.

İnanırıq ki, tezliklə möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Bayrağı işğal altında olan torpaqlarımızda dalğalanacaqdır. Azərbaycanın Milli Ordusu bunu 1-5 aprel tarixlərində bir daha sübut etdi.

Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim etdilər.

Tərtərlilər tədbirdə böyük coşqu ilə iştirak etdilər. Birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri hərarətlə qarşıladılar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tərtərlilərə göstərdikləri mənəvi dəstəyə görə öz minnətdarlığını bildirdi.

ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

DİGƏR SORĞULARA BAX