info@veten-ugrunda.az
 
Şəhid Xəyyam Daşdəmirov
Tarix: 22-08-2020 21:12   |  Müəllif: admin |  Baxılıb: 4079


Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov dəfn olunub.

Şəhidimiz İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

X.Daşdəmirovun cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

Daha sonra kənd sakinləri onun cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.

Dəfn mərasimində dövlət qurumlarının rəsmiləri iştirak edib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX