info@veten-ugrunda.az
 
“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb
Tarix: 05-04-2018 13:55   |  Müəllif: admin |  Baxılıb: 1946

“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıbAzərbaycan Ordusunun Aprel döyüşlərindəki qələbələrinin ildönümü ilə əlaqədar keçirilən hərbi-vətənpərvərlik tədbirləri davam edir. Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi və N saylı hərbi hissənin şəxsi heyəti, könüllü olaraq Tərtər istiqamətində döyüş bölgəsinə gedən, mülki şəxslərə, əsgərlərə kömək edən, onlara əlindən gələni əsirgəməyən sonda şəhid olan, mülki vətəndaş Fərman Əsədlinin xatirəsinin anma mərasimində iştirak ediblər.

Mərasim iştirakçıları şəhid-mülki vətəndaş Fərman Əsədlinin Gəncədəki evini ziyarət edib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin atası Elçin Əsədov Fərmanla bağlı xatirələrini bölüşüb.

Sonra yazıçı Gülnarə Sadıqın Fərman Əsəsdliyə həsr etdiyi “26 GÜN” romanı haqqında məlumat verilib. Kitabın müəllifi Fərman Əsədlinin 26 yaşında şəhid olduğunu qeyd edərək romanın adının ona uyğun olaraq “26 GÜN” adlandırdığını deyib. Aprel döyüşlərinin tarixi əhəmiyyətini vurğulayan kitabın müəllifi bu döyüşlərdə cəbhəboyu zonaya yollanan sadə insanların-mülki vətəndaşların Vətən sevgisini, ordu ilə həmrəy olmasını önə çəkib. Aprel döyüşləri xalqda elə bir ruh yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, mülki insanlar da cəbhəyə getmək üçün hazır olduqlarını bildirirdilər. Xalqın duyğularını ifadə edən Fərman Əsədli belə bir düşüncənin sahibi idi.

Digər çıxış edənlər də vurğulayıblar ki, Vətən və dövlət qarşısında vətəndaşlıq borcunu qəhrəmanlıqla yerinə yetirdiyi üçün “Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin davranışı gələcək nəsillərə nümunə olacaqdır.

Daha sonra Samux rayonunda şəhid mülki vətəndaş Fərman Əsədlinin məzarı tədbir iştirakçıları tərəfindən ziyarət edilib, ruhuna dualar oxunub.

“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb
“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb
“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb
“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb
“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX