info@veten-ugrunda.az
 
ŞƏMKİR ŞƏHƏRİNDƏ ŞƏHİD VÜSAL ALIYEVİN DƏFN MƏRASİMİ KEÇİRİLİB
Tarix: 14-04-2016 20:47   |  Müəllif: admin |  Baxılıb: 2007

ŞƏMKİR ŞƏHƏRİNDƏ ŞƏHİD VÜSAL ALIYEVİN DƏFN MƏRASİMİ KEÇİRİLİBCəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Respublikası silahlı qüvvələrinin əsgəri 1996 – cı il təvəllüdlü Alıyev Vüsal İlham oğlu bu gün dəfn edilib.

Şəhid Vüsal Alıyev valideyinlərinin istəyilə Kür qəsəbə qəbristanlığında torpağa tapşırılmış və ruhuna dualar oxunmuşdur.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, Müdafiə Nazirliyinin zabitləri, rayonun idarə, müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqalları, fəal gənclər, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfndə, üçrəngli Dövlət bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim olunmuş, minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi əsgəri ənənələrə uyğun yaylım atəşi altında Kür qəsəbə qəbristanlığında torpağa tapşırılımış, məzarı üstünə əklillər və tər qərənfillər qoyulmuşdur.

Allah şəhidimizə rəhmət eləsin!











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX