info@veten-ugrunda.az
 
Azərbaycanda ehtİyatda olan hərbçiİər orduya çağırılır
Tarix: 09-09-2015 13:40   |  Müəllif: admin |  Baxılıb: 2446

Azərbaycanda ehtİyatda olan hərbçiİər orduya çağırılırSəfərbərlik xidməti açıqlama verdi.

Azərbaycanda ehtiyatda olan hərbi qulluqçular orduya çağırılır.

Bu barədə Oxu.Az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Xidmətdən bildiriblər ki, ehtiyatda olan hərbçilərin orduya çağırılması hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plan əsasında sentyabrın 6-da start götürən və müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Xidmətdən xüsusi olaraq vurğulayıblar ki, ölkə ərazisində səfərbərlik elan olunmayıb.

Qeyd edək ki, təlimlərdə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6 min nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək.












 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX