info@veten-ugrunda.az
 
HACIYEV ETİBAR FİRUDİN oğlu
Tarix: 09-09-2015 19:25   |  Müəllif: admin |  Baxılıb: 3305

HACIYEV ETİBAR FİRUDİN oğlu
5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər 1988-ci ildə orada yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonuna pənah gətirmişdir. O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə çağırılmışdır. Perm vilayətində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Xanlar rayonuna gəlir. Öz dədə-baba yurdlarından zorla qovulması onda ermənilərə qarşı dərin nifrət hissi oyatmışdı. Hər zaman mənfur düşməndən qisas almaq barədə düşünürdü.

1992-ci il... Etibar Hacıyev könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur; Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il iyun ayının 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Xanlar rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Xanlar rayonunun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX