info@veten-ugrunda.az
 

CƏBRAYILOV MİKAYIL ƏHMƏDİYYƏ oğlu
Tarix: 09-09-2015 19:14   |  Müəllif: admin |  Baxılıb: 1297

CƏBRAYILOV MİKAYIL ƏHMƏDİYYƏ oğlu
27 aprel 1952-ci ildə Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Şəki İpək İstehsalat Birliyində başlayıb. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. 1976-cı ildə Milis Məktəbinə göndərilib. 1978-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Mikayıl leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilib.
1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu, o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə, eləcə də digər Azərbaycan rayonlarına tez-tez hücum edir, dinc əhaliyə aman vermirdilər. Mikayıl dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə yola düşür. Onunla birlikdə 15 nəfər gedirdi. Cəmilli - Kosalar arasında ermənilər qəflətən hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim mübarizəsinə girir. Kənd sakinlərinə döyüş meydanını tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalır. Baş leytenant ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında həlak olur.
Ailəli idi. Bir övladı var.

Ölümündən sonra SSRİ Ali Sovetinin fərmanı ilə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir. Adına Şəki şəhərində küçə var. Həlak olduğu kənd onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX