info@veten-ugrunda.az
 
ASLANOV ŞİKAR DAVUD oğlu
Tarix: 09-09-2015 18:47   |  Müəllif: admin |  Baxılıb: 2175

ASLANOV ŞİKAR DAVUD oğlu
1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1977-ci ildə Süleymanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirmişdir.

1988-ci ildə Sovet Ordusu sıralarına çağırılan Şikar, 1990-cı ildə ordudan tərxis olunur və doğma kəndinə dönür. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsinə qəbul olunur.

Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olur. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində o, öz PDM-ı (piyadaların döyüş maşını) ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurur. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar bir neçə dəfə komandirləri tərəfindən fərqləndirilmişdir.

O, təkbaşına kəşfiyyata getməyə üstünlük verir, hər dəfə də dəqiq məlumatla geri dönürdü.

1992-ci il... İyul ayının 2-si... “Şayaq” əməliyyatı... Cəsur polis işçisi Şikar Aslanovun şərəfli döyüş yolunun son səhifəsi.... Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu gözlərini əbədi olaraq yumur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX