info@veten-ugrunda.az
 
AĞAYEV FAİQ ALIŞ oğlu
Tarix: 09-09-2015 18:33   |  Müəllif: admin |  Baxılıb: 2607

AĞAYEV FAİQ ALIŞ oğlu
1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində zəhmətkeş bir ailədə doğulmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında layiqli xidmət yolu keçmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə yollanır. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılır. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yadda qalan və ən təşvişli günləri başlayır.

1991-ci il... Dekabr ayının 23-ü... Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri erməni faşistləri xüsusi qəddarlıqla gülləbaran edirdilər.

Döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.

Düşmən atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas elədi. O, döyüş mövqeyini axıradək tərk etmədi, son nəfəsinə kimi vuruşdu. Qəhrəman Vətən oğlu başqalarının həyatını xilas edərkən öz həyatını qurban verdi.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX