info@veten-ugrunda.az
 
ABDULLAYEV MAŞALLAH BABAKİŞİ oğlu
Tarix: 09-09-2015 18:19   |  Müəllif: admin |  Baxılıb: 2686

ABDULLAYEV MAŞALLAH BABAKİŞİ oğlu
1950-ci il may ayının 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuş, səkkizinci sinfədək 1 saylı Goranboy şəhər orta məktəbində təhsil almışdır. Sonra təhsilini fəhləgənclər məktəbində davam etdirmişdir. 15 yaşlı Maşallah Goranboy Subartezian Quyularının İstismarı İdarəsində işə düzəlir. Sonra Sumqayıt Alüminium Zavodu... 1969-cu ildə hərbi xidmətə çağırılır. O, 1971-ci ildə Kerç şəhərində ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işə düzəlir.

Maşallah Abdullayev 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunur və buranı müvəffəqiyyətlə bitirib, 1975-ci ildə təyinatla doğma rayonlarına, vaxtilə təhsil aldığı 1 saylı orta məktəbə müəllim göndərilir. O, pedaqoji fəaliyyətə başladığı ilk gündən müəllimlərin və şagirdlərin dərin hörmətini qazanır, yeniyetmələrin idmana həvəsini daha da artırır.

Ermənilərin sıx yaşadıqları Qaraçinar, Mənəş, Erkəc, Buzluqdan azərbaycanlılar yaşayan Zeyvə, Todan və digər kəndlərə basqınlar edilir, evlər yandırılır, günahsız insanlar əsir götürülürdü. Belə bir çətin məqamda el təəssübünü çəkən M.Abdullayev sinəsini irəli verərək, Goranboylu gəncləri bir yerə topladı.

Goranboy rayonunda erməni quldurlarına qarşı mübarizəyə başlayan ilk könüllü dəstələrin yaradılmasında M.Abdullayevin xidmətləri əvəzsizdir. Bu dəstələrin batalyon şəklində formalaşmasında da onun böyük xidmətləri olmuşdur. Keçmiş Şaumyan kəndinin (indiki Ağcakənd - red.) erməni işğalçılarından təmizlənməsində goranboyluların yazdığı qəhrəmanlıq salnaməsinə M.Abdullayevin də adı həkk olunmuşdur. Göstərdiyi cəsarət, qəhrəmanlıq onu həmyerlilərinin gözündə daha da ucaltdı. O, Respublika Ali Sovetinə (Milli Məclisə) deputat seçildi. Deputatlığı dövründə öz missiyasını bacarıqla yerinə yetirdi. 1992-ci ildə Maşallah Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi: o, Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur.

Mayor rütbəsinəcən yüksələn Maşallah Abdullayev 1992-ci ilin avqustundan 1993-cü ilin iyul ayınadək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Halhazırda öz şəxsi təsərrüfatı ilə məşğuldur. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülmüşdür. Maşallah Abdullayev bu gün də el-oba ilə birgə nəfəs alır, rayonun ictimati-siyasi həyatında fəal iştirak edir.
Ailəlidir. Bir övlad atasıdır.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna “Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX