info@veten-ugrunda.az
 
Yusifov Zakir
Tarix: 15-10-2015 17:49   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3681

Yusifov Zakir
Yusifov Zakir Tofiq oğlu 1956-cı il sentyabrın 29-da Bakı şəhərində dünyaya gəlib. O, orta məktəbə də elə paytaxtın Xətai rayonundakı 194 saylı orta məktəbdə gedir. 1974-cü ildə orta məktəbi bitirən Zakir sənədlərini Sosovski adına Mülki Təyyarəçilik məktəbinə verir və qəbul olur. 1977-ci ildə təhsilini bitirərək Yevlax rayonunda işləməyə başlayır. O, burda AN-2 təyyarəsinə komandir təyin olunur. Bununla kifayətlənməyən Zakir yenidən sənədlərini Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə verərək qiyabi şöbəsinə qəbul olur və 1988-ci ildə buranı bitir.

Müharibə şəraitində yaşayan bir dövlət üçün əsas amillərdən olan eskadrilyanın yaradılmasına Zakir Yusifov Azərbaycan Milli Qəhrəmanı Yavər Əliyevlə nail olur. Keçirilən hərbi təlimlərin ardınca Qarabağımızın müdafiəsi üçün onun səmalarında uçuşlar həyata keçirir. Beləcə Zakirin döyüş yolu Füzuli-Xocavənd istiqamətindən başlayır. Onun bu istiqamətlərdə keçirdiyi hərbi uçuşlar çox uğurlu alınır. Ən uğurlu uçuşu isə 11 aprel tarixində olur ki, aldığı tapşırıq əmrini uğurla yerinə yetirib geri dönür. Zakir 100- dən artıq hərbi uçuş tapşırıqlarını yerinə yetirərək düşmənin xeyli sayda zirehli texnikasını sıradan çıxardır. O, tək Füzuli və Xocavənd rayonlarında yox, eyni zamanda Tərtər, Ağdərə, Laçın və Şuşakənddə də xeyli sayda hərbi tapşırıqlar yerinə yetirir.
Onun göstərdiyi bu şücaət, sözün əsl mənasında qəhrəmanlıq kitabının səifələrini yazmışdı. Zakirin sonuncu uçuşu Laçın rayonunun Səfiyan kəndi istiqamətində olur. 1992-ci il 11 oktyabr tarixində Səfiyan kəndi istiqamətində Zakir aldığı döyüş tapşırığını yerinə yetirərkən qaniçən namərdlər onun təyyarəsini vurur. Vertalyotun hərbi heyəti qəzada şəhid olur.
Bu cəsur təyyarəçimiz eyni zamanda da gözəl ailə başçısı idi. Onun iki övladı yadigar qalır.
Bu qəhrəman təyyarəçimizin məzarı paytaxtdakı Şəhidlər Xiyabanındadır. Ölümündən sonra Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Zakir Tofiq oğlu Yusifova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Vaxtilə təhsil aldığı 194 saylı orta məktəb və paytaxt küçələrindən biri Milli Qəhrəmanımızın adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX