info@veten-ugrunda.az
 
YUSİFOV ROMAN YASƏF OĞLU
Tarix: 15-10-2015 17:48   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1993

YUSİFOV ROMAN YASƏF OĞLU
Yusifov Roman Yasəf oğlu 28 iyul 1973-cü ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə orta məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılıb. Bir müddət Naxçıvan şəhərində hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilir.
O, vaxt erməni qəsbkarları Naxçıvana tez-tez hücum edir, hər vəchlə oranı zəbt etməyə çalışırdılar. Ermənistanla həmsərhəd olan rayon əsl döyüş meydanına çevrilmişdi. Yusifov Roman Yasəf oğlu bu döyüşlərdə vətən qarşısında borcunu mərdliklə yerinə yetirirdi. 1992-ci ilin oktyabrında o, yaralanar. Əvvəlcə Naxçıvanda, sonra isə Bakı şəhərində müalicə olunur.
Müalicədən sonra xidmətini “N” saylı hərbi hissədə davam etdirir.
Gənc əsgər nümunəvi davranışı və yüksək hərbi hazırlığı ilə burada da yoldaşlarına örnək olur. O, komandirlərin təqdimatı ilə bir illik zabitlər kursuna göndərilir. Yusifov Roman Yasəf oğlu kursu müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi alır və yenidən hərbi hissəyə qayıdır. Onu taqım komandiri təyin edirlər.
1995-ci il martın 17-də ölkədə sabitlik yenidən pozulur. Bakıda az qala vətəndaş müharibəsi başlayacaqdı. Milli Ordu vətəndaş müharibəsinin qarşısını məharətlə aldı. Qəlbi vətən sevgisi ilə döyünən Yusifov Roman Yasəf oğlu bu hadisələrə biganə qala bilməzdi. O, dövlətçiliyimizin yolunda öz canını qurban verdi.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Yusifov Roman Yasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Dəvəçi rayonunun Qalagah kəndində dəf olunub. Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX