info@veten-ugrunda.az
 
Yusifov Naiq Nəsir oğlu
Tarix: 15-10-2015 17:46   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3489

Yusifov Naiq Nəsir oğlu

Yusifov Naiq Nəsir oğlu 5 yanvar 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1987-ci ildə burda orta məktəbi bitirib. 1988-ci ildə hərbi xidmətə çağrılır. 1990-cı ilin yayında xidməti başa vuraraq Vətənə dönür. Naiq ordudan gəldiyi zaman artıq elan olunmamış Qarabağ müharibəsi başlamışdı. O, könüllərdən ibarət dəstələrdən birinə yazılır. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə olur. Erməni yaraqlıları Ağdam istiqamətində irəliləyirdilər. Naiq və onun döyüşçü dostları döyüşə atılır. Ermənilər pərə-pərən düşdülər və geri çəkildilər.
Bu döyüşdə ruhlanan cəsur Yusifov Naiq Nəsir oğlu 1992-ci ilin martın 24-də Tovuz rayonundakı döyüşlərdə də iştirak edir. Həmin ilin sentyabrında Koxa-Nəbi kəndinə hücum edən ermənilərlə qanlı döyüş başlayır. Naiq qumbaraatanla ermənilərin PDS-ni vurur, alova bürünmüş maşını görən ermənilər pərən-pərənə düşür.
Qəfil qumbara qəlpəsi Naiq Nəsir oğlunu yerə sərir. Qalxmaq istəsə də, bacarmır, ona yaxınlaşan ermənilərə avtomat ilə atəş açır. Vətənimizin cəsur oğlu sonuncu qumbarasını sinəsinə sıxaraq, 22 yaşında ən uca və müqəddəs zirvəyə ucalır.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Tovuz rayonunun Ağdam kəndində dəfn edilib. Vaxtilə qəhrəmanımız Yusifov Naiq Nəsir oğlunun təhsil aldığı orta məktəb indi onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX