info@veten-ugrunda.az
 
Xəlilov Eldar Xəlil oğlu
Tarix: 15-10-2015 17:44   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2675

Xəlilov Eldar Xəlil oğlu
Xəlilov Eldar Xəlil oğlu 19 avqust 1976-cı ildə Zəngibasar rayonunun Zəngilər kəndində dünyaya göz açıb. 1983-cü ildə burada məktəbə gedir. O, altıncı sinifə qədər öz doğma kəndlərində təhsil alır. 1988-ci ildə yüz minlərlə soydaşlarımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra o, ailəsi ilə birlikdə Bakının Bakıxanov qəsəbəsində məskunlaşır. Təhsilini 96 və 252 saylı orta məktəbdə davam etdirir. Sonra Bakıdakı 10 saylı texniki-peşə məktəbini bitirir.
29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılır. Hərbi hissədə qısa müddətli təlim dərsləri keçir...
O, erməni işğalçıları ilə deyil, dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə aparmalı oldu. 17 mart 1995-ci il ildə dövlət çevrilişinin qarşısının alınmasında Milli Ordumuzun əsgərləri arasında Eldar Xəlilovda öz vətənpərvərlik borcunu yerinə yetirirdi. O, Azərbaycan əsgərinə xas olan döyüş əzmkarlığı nümayiş etdirirdi. Təəssüf ki, bu qarşıdurma itkisiz ötüşmədi. Qarşı tərəfdən atılan atəş Xəlilov Eldar Xəlil oğlunun gənc ömrünə son qoydu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Vaxtılə oxuduğu 252 saylı orta məktəbdə isə Qəhrəmana həsr olunmuş güşə yaradılmışdır. Qəsəbədə büstü qoyulmuşdur.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX