info@veten-ugrunda.az
 
VİKTOR VASİLYEVİÇ SERYOGİN
Tarix: 15-10-2015 17:37   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2189

VİKTOR VASİLYEVİÇ SERYOGİN
Viktor Vasilyeviç Seryogin 1944-cü il martın 23-də Gürcüstan Resbublikasının Tiblisi şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra sənədlərini Keremencuq Mülki Aviasiya Məktəbinə verən Viktor sevərək qəbul olduğu peşəni 1986-cı ildə bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertalyotuna pilot kimi təyin olunur. Belə demək olar ki, Azərbaycanımızın Hərbi Hava Qüvvələrinin yaranmasında Viktorun da əməyi olub. Göstərdiyi əməyin qarışılığında dəfələrlə ordenlərlə təltif olunub.
Viktor güclu atıcılıq qabiliyyətinə malik idi. Nişan aldığı hədəfin heç biri açdığı atəşdən yan keçməzdi. Qarabağ savaşlarında Viktorun adı dildən-dilə gəzirdi.
O, mənfurların postlarını aldığı ilk nişanda məhv edir, hərbi texnikalarını sıradan çıxarırdı. Ermənilər onun idarə etdiyi təyyarəni neçə dəfə atəşə tutaraq vursada, bu cəsur və çevik pilot təyyarəni yenidən nəzərdən keçirib verilən əmirləri qürurla yerinə yetirərdi.
Viktor cəbhənin Ağdərə, Şuşa və Ağdam istiqamətində demək olar ki, ən uğurlu hərbi tapşırıqlarını yerinə yetirmişdi. O, tək verilən hərbi tapşırıqları yerinə yetirmirdi, eyni zamanda da canlarını mənfur erməni silahlarından qurtarmağa çalışan biçarə insanlara köməklik edərək onları təhlükəsiz yerlərə çıxarırdı.
Bir sözlə Viktor dostlarının, yoldaşlarının yanında böyük hörmət, rəğbət qazanmışdı. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində Viktor dinc əhalini odun-alovun içərisindən çıxararaq təhlükəsiz yerə aparır. Onun idarə etdiyi vertalyotu ermənilər anidən atəşə tuturlar. Qəza vəziyyətinə düşən təyyarə bir anın içində alova bürünür. Mahir pilotçu olan Viktor özünü itirmədən alovlar içərisində yanan təyyarənin istiqamətini sakit əraziyə çevirməyi bacarır və təyyarədə olan insanların həyatını xilas edir. Lakin insanların həyatını xilas edən bu cəsur pilot nə yazıq ki, özü heyyətlə birgə qəhrəmancasına şəhid olur.
Cəsur pilot paytaxtdakı Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəlidir. İki övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX