info@veten-ugrunda.az
 
Təhməzov Paşa
Tarix: 15-10-2015 17:35   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1404

Təhməzov Paşa
Təhməzov Paşa Qurban oğlu 1949-cu il martın 23-də Lənkəran şəhərində anadan olub. 1964-cü ildə 6 saylı orta məktəbin səkkizinci sinifini bitirir, orta təhsilini fəhlə-gənclər məktəbində davam etdirir. Əmək fəaliyyətinə Əhaliyyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlayır. 1993-cü il avqustun 23-də Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə Təhməzov Paşa Qurban oğlu silaha sarılaraq “Talış Muğan Resbublikası” adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır.
Cinayətkar dəstəsi ilə baş verən qarşıdurma nəticəsində Təhməzov Paşa ağır gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Ailəlidir. Üç övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı Fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Lənkəran şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, “23 Avqust” meydanında büstü qoyulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX