info@veten-ugrunda.az
 
Senyuşkin Sergey Aleksandroviç
Tarix: 15-10-2015 17:21   |  Müəllif: vetenugrunda |  Baxılıb: 1926

Senyuşkin Sergey Aleksandroviç
Senyuşkin Sergey Aleksandroviç 1957-ci il sentyabrın 15-də Samara vilayətinin Sızran şəhərində anadan olub. 1974-cü ildə 21 saylı Sızran orta məktəbini bitirdikdən sonra o, Sızran Poltexnik İnstitutuna daxil olur. 1975-ci ildə təhsilini Ali Hərbi Təyyarəçilər məktəbində davam etdirir. Sergey Aleksandroviç 1979-cu ildə həmin məktəbi bitirib, Belorusiya Hərbi Dairəsinə göndərilir. Burada ona əvvəlcə şturman – təyyarə operatoru, sonra isə vertalyot komandiri vəzifəsi həvalə olunur. Sergey Aleksandroviç Mİ-8 və Mİ-24 vertalyotlarının uçuş proqramını da dərindən öyrənir.
1989-cu ildə o, Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komondir müavini vəzifəsinə təyin edilir. Sergey Aleksandroviç birinci dərəcəli təyyarəçi, paraşüt idmanı üzrə ustalığa namizəd idi.
O, 1 aprel 1992-ci il tarixindən başlayaraq xidmətini Azərbaycan Resbublikası Silahlı Qüvvələrində davam etdirir. Onun 843 saylı hərbi hissənin Təlim-Məşq Mərkəzinin təyyarəçi təlimatçısı vəzifəsinə təyin edirlər. Mayor Sergey Aleksandroviç Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında yaxından iştirak edən peşəkar təyyarəçilərdən idi. O, təlim-məşq mərkəzində Mİ-24 döyüş vertalyotlarının uçuşlarını həyata keçirtmək üçün hərbi xidmətə gələn mülki təyyarəçiləri hazırlaşdırır və onlarla bərabər, erməni işğalçılarına qarşı Qarabağda aparılan döyüş əməliyyatlarında iştrak edirdi.
Sergey Aleksandroviç hərbi vertalyotla Xocalıya uçur. Qoca, qadın və uşaqların təhlükəli ərazidən çıxarılmasında böyük fədəkarlıq göstərir. O, yaralanır. Lakin buna baxmayaraq, öz borcunu yerinə yetirirdi. O, 1992-ci il fevralın 29-da amansız gedən qanlı döyüşdə qəhrəmancasına həlak olur.
Ailəlidir. İki qızı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə mayor Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Öz vətənində- Samara vilayətinin Sızran şəhərində dəfn edilib. Bakının Xətai rayonunda adına küçə var.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX