info@veten-ugrunda.az
 
Sarıyev Zaur Rəşid oğlu
Tarix: 15-10-2015 17:08   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2409

Sarıyev Zaur Rəşid oğlu
Sarıyev Zaur Rəşid oğlu 28 iyun 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. Həmin il Gəncə şəhəri 15 saylı Texniki peşə məktəbinə qəbul olunur. O, 1993-cü il iyulun 6-da Şəmkir rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağrılır. Əvvəlcə, Qusar rayonunda yerləşən hərbi hissədə təlim keçikdən sonra onu döyüş bölgəsinə göndərirlər. Gənc əsgərin döyüş yolu Tərtərdən başlayır və Füzuli, Ağdam, Kəlbəcər, Murovdağa qədər uzanır.
Çox keçmir ki, cəsur bir döyüşçü kimi o, yoldaşlarının və komandirlərinin hörmətini qazanır.
1994-cü il Zaur Sarıyev bir dəstə döyüşçü yoldaşı ilə birlikdə Murovdağ istiqamətində kəşfiyyata getmək əmri alır. Onlar kəşfiyyat zamanı mühasirəyə düşürlər. İgid əsgərlər düşmənə ciddi müqavimət göstərərək, 13 gündən sonra mühasirədən çıxmağa müvəffəq olurlar. Zaurun əl-ayağı donur. O, 2 ay müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıdır. Çox keçmir ki, çavuş rütbəsi alır və ona qrup komandirliyi həvalə edilir.
Daha sonra Zaur 776 saylı hərbi hissədə xidmət göndərilir. 1995-ci il martın 13-də silahlı dəstə Azərbaycanın suverenliyinə, müstəqilliyinə zərbə vurmaq üçün dövlət çevrilişinə cəhd edir. Nizami ordunun əsgərləri silahlı dəstə ilə üz-üzə qalır. Zaur bu döyüşdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda gənc ömrünü qurban verir.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şəmkir rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX