info@veten-ugrunda.az
 
Rüstəmov Füzuli Salah oğlu
Tarix: 15-10-2015 16:50   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2934

Rüstəmov Füzuli Salah oğlu
Rüstəmov Füzuli Salah oğlu 1965-ci ildə Xocalıda anadan olub. Onun on bir yaşı olanda atasını,on beş yaşı olanda isə anasını itirib. Füzulini xalası Səkinə xanım himayəsinə götürüb, boya-başa çatdırıb. Xalası ona doğma ana nəvazişi bəsləyib. 1972-ci ildə Füzuli Xocalı orta məktəbinə gedib və məktəbi müvəffəqiyyətlə bitirib. 1983-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağrılıb. O, əsgərlikdə olarkən dəfələrlə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən fəxri fərman, döş nişanları ilə təltif edilir, evlərinə təşəkkür məktubları göndərilir. Füzuli hərbi xidməti tamamladıqdan sonra 1985-ci ildə Xocalıda müxtəlif təsərffat işlərində çalışıb.
Resbublikamız ən ağır günlərini yaşayırdı. Zaman-zaman qanımızı içməyə məqam gözləyən ermənilər bəzi xarici qüvvələrə arxalanaraq torpaqlarımıza basqınlar edir, dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış sahələrimizə od vurub yandırır, yurd yerlərimizi işğala məruz qoyurdular. Belə bir məqamda Füzuli də ermənilərin separatçı niyyətlərinə qarşı təşkil edilmiş könüllü özünümüdafiə dəstələrində Xocalı ətrafında keşik çəkməyə başlayıb və sonradan yaradılan Xocalı özünümüdafiə batalyonunda kəşfiyyatçı olub. Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdıb. Bundan ötrü ona dörd ay həbs cəzası verilib. 1990-cı ildə ermənilərin Xankəndinə girişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəlib. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü olub və əməliyyatı uğurla başa vurublar. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxmağa müvəffəq olmuşdu.
1992-ci il fevralın 25-də 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Həmin gecə Füzuli də ağır müdafiə döyüşlərində düşmənə qarşı cəsarətlə vuruşur.
Şəhidin bacısı o günləri belə xatırlayır: Ermənilər tanklarla BTR-lərlə hücum etdilər. Şaxtalı qış gecəsi idi. Biz iki çay keçməli idik. Güllələr yağırdı. Böyrümüzdə inasanları öldürürdülər , qan üstümüzə fışqırırdı. Mənim qardaşım məni və camaatı Şelli camaatına təhvil verib, bir də geri qayıdırdı. Ağdam camaatı bizə ayaqqabı və paltar verdilər. Qardaşım da dinc xocalıların və Xocalının uğrunda, bütöv Azərbaycan – vətən uğrunda qeyri – bərabər döyüşdə şəhid oldu. Onu Tərtər rayonunun Həsənli kəndində dəfn etdilər. 1997-ci ildə döyüş dostlarının, Xocalı şəhər əhalisinin, Xocalı İcra Hakimiyyətinin və xidmət göstərdiyi hərbi hissənin komandanlığını təşəbbüsü və təqdimatı ilə Füzuliyə ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX