info@veten-ugrunda.az
 
Quliyev Nazim Qabil oğlu
Tarix: 15-10-2015 16:41   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2725

Quliyev Nazim Qabil oğlu
Quliyev Nazim Qabil oğlu fevralın 7-də 1967-ci ildə Beyləqan rayonunda anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır. 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur.
Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarala yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bildi. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış kəndlərində rəşadsətlə vuruşdu.

9 yanvar 1992-ci ildə Köşbək kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir, ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin 27 yaşlı Quliyev Nazim Qabil oğlu bu döyüşdə qəhrəmanlıq, sücaət göstərərək gözlərini əbədi olaraq yumur.
Subay idi.

Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Füzuli rayonunda dəfn edilib. Yuxarı Yağlavənd və Örənqala məktəbləri onun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX