info@veten-ugrunda.az
 
Quliyev Emin Ələkbər oğlu
Tarix: 15-10-2015 16:36   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2479

Quliyev Emin Ələkbər oğlu
Quliyev Emin Ələkbər oğlu 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 1983-cü ildə 228 saylı orta məktəbə gedib, 1993-cü ildə 273 saylı məktəbin onuncu sinifini bitirir. 25 avqust 1994-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağrılır. O, Yalamada hərbi təlim keçdikdən sonra 776 saylı hərbi hissəyə göndərilir.
O, idmanın bir neçə növü ilə məşğul olurdu. Bu da ona bütün döyüş tapşırıqlarını bacarıqla yerinə yetirməyə imkan verirdi.
Quliyev Emin Ələkbər oğlu xidmət etdiyi batolyonun əsgərləri 1995-ci ilin fevral ayının əvvələrində Şubanıya ezam olundu. Təbii ki, onun əsgəri cəsurluğu, qorxmazlığı komandir heyətinin nəzərindən yayınmırdı. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozulmuşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə ağır fəlakətlərlə üzləşə bilərdi. 13 mart 1995-ci ildə çağrışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı əməliyyata başladı. Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı yatırmaq üçün hadisə yerinə göndərildilər. Milli Ordunun əsgərləri hadisə yerinə çatanda silahlı toqquşma artıq başlamışdı. Emin cinayətkarlara qarşı aparılan əməliyyatda fəal iştirak edir, yaralıların döyüş meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Lakin güllələrdən biri ondan yan keçmədi. O, gözlərini əbədi yumdu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Məzarı doğulduğu Sahil qəsəbəsindəki Şəhidlər Xiyabanındadır.
Bakının Qaradağ rayonun Sahil qəsəbəsindəki 14 saylı xüsusi internat məktəbi, Qaradağ rayonunda bir küçə və park onun adını daşıyır.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX