info@veten-ugrunda.az
 
Novruzov Ələsgər Xanlar oğlu
Tarix: 15-10-2015 16:09   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2669

Novruzov Ələsgər Xanlar oğlu
Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunda anadan olub. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini bitirib. 1968-70-ci illərdə Ermənistan Resbublikasının Leninakan şəhərində hərbi xidmətdə olub. 1979-cu ildən Xocalıya köçüb və burada müəllim olaraq işə düzəlib, fəaliyyətə başlayıb. 1980-ci illərdə Ermənilərin azğınlaşdığını görən Ələsgər Novruzov 30-40 nəfərdən ibarət dəstə düzəldərək dinc sakinləri erməni vəhşiliklərindən qoruyurdu.
1992-ci il Xocalı soyqırımı zamanı hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevrilir. Onlarla sakini xilas edən Vətənin cəsur övladı Novruzov Ələsgər Xanlar oğlu xeyli erməni yaraqlısını da məhv edir, dayanmadan vuruşur, rəşadət göstərir. Həmin gecə Ələsgər ağır yaralanır, ermənilər onu bu vəziyyətdə əsir götürdülər. Xankəndinə aparılan döyüşçünü ağıla sığmaz vəhşiliklərlə qətilə yetirirlər. O, əbədiyyətə qovuşdu Vətən uğrunda şəhid oldu, Ələsgər həmişə bizim yaddaşımızda daima qalacaq, yaşayacaq.
Ailəlidir. Üç övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilib. Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülüb. Laçın rayonunda, doğma kəndi Kürdhacılıda dəfn edilib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX