info@veten-ugrunda.az
 
Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu
Tarix: 15-10-2015 15:27   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2489

Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu
Nəcəfov Fəxrəddin Vəliyyədin oğlu 1967-ci il martın 31-də Bakıdan anadan olub. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir ildən sonra Fəxrəddin hərbi xidmətə çağrılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunaraq, Vətənə qayıdır, DİN-nin Yanğından Mühafizə Ali Hərbi məktəbinə göndərilir.
1991-ci ildə Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü güclənirdi. Torpaqlarımızın bütövlüyü və toxunulmazlığı uğurunda gedən döyüşlərdə əsgər və zabitlərimiz qəhrəmancasına vuruşurdular.
Həmin ilin oktyabrında Fəxrəddin də hər bir cəsur vətəndaş kimi könüllü olaraq Goranboy cəbhəsinə getdi. Todan və Buzluq kəndlərinin düşməndən təmizlənməsində yaxından iştirak etdi. O,ilk dəfə olaraq ermənilərin vəhşiliklərini burada gördü. Goranboy döyüşlərindən sonra erməni faşistlərindən intiqam almaq hissi daha da alovlandı və bu hiss onu 1992-ci ilin mart ayında daxili xidmət qoşunlarına gətirdi. İyun ayının əvvələrində Fəxrəddin Ağdam cəbhəsinə yola düşdü. Bir neçə qanlı döyüşdə iştirak etdi. Döyüşlərin birində ayağından yaralandı. 10 gün Ağdam hərbi qospitalında müalicə olunduqdan sonra yenidən döyüş dostlarının yanına qayıtdı.
Döyüşlərin qızğın çağında Fəxrəddinin başçılıq etdiyi bölüyə çətin döyüş tapşırığı verildi. Təyyarəçimiz katapultla maşından ayrılaraq düşmənin nəzarət etdiyi əraziyə düşmüşdü. Nəyin bahasına olursa- olsun təyyarəçi azad edilməli, düşmən əlinə keçməməlidi. Bu tapşırığı alan Fəxrəddin öz igid döyüşçüləri ilə əməliyyata başladı. Düşmən nəzarətində olan ərazinin 25 km-ə qədər irəlilədilər. Yaralı təyyarəçini tapıb geri dönərkən Canyataq kəndində düşmən mühasirəsinə düşdülər. Üç gün gecə-gündüz vuruşdular. Mühasirəni yararaq təyyarəçini sağ-salamat hərbi hospital çatdırdılar. Bu əməliyyatı uğurla yerinə yetirdiyinə görə Fəxrəddinə pul mükafatı və baş leytenant rütbəsi verildi. Döyüşlərin birində Fəxrəddin ağır yaralanır. 20 gün Bakıda hərbi qospitalda müalicə olunur. Bədəninindəki yaralar hələ tam sağalmamış cəbhəyə yola düşür.
Fəxrəddin Nəcəfovun şəxsi döyüş hesabında düşmənin bir ədəd T-72 tankının, iki PDM-nin, onlarca əsgərin məhv edildiyi yazılıb.
Onun rəhbərlik etdiyi bölük Çıldıran kəndinin düşməndən azad edilməsində böyük şücaət göstərib. Sentyabrın 4-də kəndə gedən kəşfiyyat dəstəsinə rəhbərlik edirdi. Düşmən bu əməliyyatdan duyuq düşür. Erməni faşistləri dəstənin üzvlərini atəşə tuturlar. Yaralanmış əsgərinə kömək etmək istəyəndə Fəxrəddin amansız düşmən gülləsinə tuş gəlir. Döyüşçü dostları onu döyüş meydanından çıxara bilirlər.
Azərbaycan Resbublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Nəsimi rayonundakı 266 saylı orta məktəb qəhrəmanın adını daşıyır.
Məktəbin həyətində büstü qoyulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX