info@veten-ugrunda.az
 
Əliyev Yavər Yaqub oğlu
Tarix: 15-10-2015 15:06   |  Müəllif: vetenugrunda |  Baxılıb: 3656

Əliyev Yavər Yaqub oğlu
Azərbaycanın Milli Qəhrəmanı Əlıyev Yavər Yaqub oğlu 27 iyun 1956-cı ildə Bakı çəhərində neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olur. Yavər Zabrat hava limanında işə düzəldiyi ilk gündən baçarığı və peşəkarlığı ilə diqqəti cəlb edir. O, tükənməz səyi və zəhməti sayəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənir. İdarənin rəhbərliyi onu əvvəl Mİ-4, Mİ-2 vertolyotlarına pilot, sonra Mİ-8 vertolyotuna ikinci pilot və daha sonra komandir təyin edir.
Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə Yavər və onun dəstəsi əsl fədakarlıq göstərərək, nəyə qadir olduqlarını sübut etdilər. Çətin və təhlükəlı uçuşlar... Onlar əhalini dağ rayonlarından çıxarır, Qarabağın ayrı-ayrı bölgələri ilə hava körpusu yaradırlar.
Yavər Əlıyev 1992-ci il yanvarın 28-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfindən vurulmuşdu. Azərbaycanın cəsur oğulları Viktor Seryoqin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. İgid şahin Şuşaya gələrək, düşmən atəşi altında onların cəsədlərini götürə bilmişdi.
O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görüb. 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olub.
Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. Və 1992-ci il fevralın 29-u... Yavərin sonuncu uçuşu.
Ailəlidir. İki övladı atasının yolunu davam etdirir. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.











 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX