info@veten-ugrunda.az
 
Əliyev İmamverdi Barat oğlu
Tarix: 15-10-2015 14:59   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2355

Əliyev İmamverdi Barat oğlu
Əliyev İmamverdi Barat oğlu 1950-ci il oktyabrın 1-də İmişli rayonunun Qulabəyli kəndində doğulub. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığına göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna deaxil olub. 1970-ci ildə sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan tərxis olunur və Bakı şəhəri Yasamal rayon Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1973-77-ci illərdə o, Bakı Maliyyə-Kredit Texnikomunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olur. İmamverdi Əliyev təhsilini başa çatdırdıqdan sonra Daxili İşlər Nazirlyinin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışır.
987-ci ildə artıq o, İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi.
90-cı illər… Torpaqlarımızın bütövlüyü uğrunda qanlı döyüşlər başlamışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı.1991-ci ildə İmişli RDİŞ-nin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İmamvedri Əliyevdə var idi. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.
15 noyabr 1991-ci il… Erməni yaraqlıları Hadrut rayonun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısna qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. Həmin döyüşdə ermənilərin 4 tankını sıradan çıxarmışdı. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu.
Ailəlidir. İki övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib.
Adına İmişli rayonunda küçə var. Qulubəli kənd orta məktəbi də Milli Qəhrəmanın adını daşıyır. İmişli rayon polis şöbəsi binasının önündə büstü qoyulub.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX