info@veten-ugrunda.az
 
ƏHMƏDOV ƏSƏD CƏLAL OĞLU
Tarix: 13-10-2015 16:03   |  Müəllif: vetenugrunda |  Baxılıb: 2097

ƏHMƏDOV ƏSƏD CƏLAL OĞLU
Əhmədov Əsəd Cəlal oğlu 1970-ci il iyulun 15-də Qərbi Azərbacanın Pəmbək mahalının Saral kəndində anadan olub. Əhmədov Əsəd 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşanın Zarıslı, Salatənkənd, Turşsu, Ağdamın Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib.
1992-ci il iyulun 31-də Paprəvənd uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əhmədov Əsəd Cəlal oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Əhmədov Əsəd Cəlal oğlu Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki Yasamal rayonundakı küçələrdən biri onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX