info@veten-ugrunda.az
 
MƏMMƏDOV NATİQ BƏŞİR oğlu
Tarix: 10-09-2015 15:12   |  Müəllif: admin |  Baxılıb: 2246

MƏMMƏDOV NATİQ BƏŞİR oğlu
11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində dünyaya göz açmışdır. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məkləbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət “Dağıstan” kolxozunda çalışmışdır. 1993-cü il may ayının 13-də Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət Bakıdakı hərbi hissələrdən birində təlim keçmişdir. Sonra Seyfəlidə döyüşə hazırlıq üçün təlim-məşq toplantısında iştirak etmiş, döyüş bölgələrinə göndərilmişdir. Onun şərəfli döyüş yolu Ağdam, Füzuli, Tərtər bölgələrindən keçmişdir. Yüksək keyfiyyətləri ilə yoldaşları arasında fərqlənən Natiq, verilən bütün tapşırıqları layiqincə yerinə yetirir, lazım gələndə kəşfiyyata da gedirdi.

4 oktyabr 1994-cü ildə xüsusi təyinatlı 777 saylı hərbi hissənin əsgərlərini Gəncə şəhərinə gətirirlər. Bu vaxtlar şəhərdə özbaşınalıq hökm sürürdü. Silahlı dəstə dövlət çevrilişinə cəhd göstərmişdi. Qiyamları yatırtmaq üçün hərbi hissənin əsgərləri döyüş hazırlığına gətirilmişdi. Natiq də bu əməliyyatda iştirak edirdi. O, vəzifə borcunu yerinə yetirərkən dövlətçiliyimiz yolunda öz canını qurban verdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilmişdir. Əli Bayramlı kəndindəki uşaq bağçası onun adını daşıyır.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX