info@veten-ugrunda.az
 
UTECA-nın müəllim və tələbələri “Əsgərə məktub” yazıblar
Tarix: 17-11-2018 00:11   |  Müəllif: admin |  Baxılıb: 1269

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi ilə bağlı Azərbaycan Texnologiya Universitetində tədbir təşkil edib. 17 noyabr “Milli Dirçəliş Günü” nə həsr edilən vətənpərvərlik tədbirində ali təhsil ocağının müəllim və tələbələri fəallıq nümayiş etdiriblər.

Tədbir iştirakçılarına “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin üzvü tərəfindən “Əsgərə məktub” layihəsi haqqında ətraflı məlumatlar verilib. 17 noyabr “Milli Dirçəliş Günü” nün tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Müəllim və tələbələrin diqqətinə çatdırılıb ki, “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən “Əsgərə məktub” layihəsi çərçivəsində tədbirlər şəhər və rayonlarda həyata keçirilir. Məqsəd hərbi qulluqçulara mənəvi dəstək olmaq, ictimayyətlə ordumuz arasında əlaqələri möhkəmləndirmək, Vətənimizin azadlığı və suverenliyi uğrunda gecə -gündüz keşik çəkən əsgərlərdə döyüş ruhunu yuksəltməkdir.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX