info@veten-ugrunda.az
 
Əsgərə məktub layihəsi çərçivəsində Samux rayonu sakinləri ilə görüş keçirilib
Tarix: 30-05-2018 12:34   |  Müəllif: admin |  Baxılıb: 1155

Vətən Uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.

Növbəti kütləvi-vətənpərvərlik tədbiri Samux rayonu icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Samux şəhərində Heydər Əliyev parkında keçirilib.

İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.

Sonra videobağlantı vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzular çatdırılıb.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX