info@veten-ugrunda.az
 
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə ekskursiyalar təşkil edilib
Tarix: 07-04-2019 10:37   |  Müəllif: admin |  Baxılıb: 1045

Vətənpərvərlik həftəsi çərçivəsində Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının Tərtər rayonuna və Gəncə şəhərinə ekskursiyaları təşkil olunub.

Əvvəlcə kursantlar Tərtər şəhərində ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Səfər çərçivəsində kursantlar Tərtər tarix-diyarşünaslıq Muzeyini ziyarət ediblər. Ekskursiya iştirakçılarına ümummilli lider Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin Tərtərə səfərlərini əks etdirən fotoxronika təqdim olunub və məlumat verilib.

Muzeydə xalqımızın tarixini və mədəniyyətini əks etdirən eksponatlar, qədim dövrdə istifadə olunan məişət əşyaları, eləcə də aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şəkilləri, onlar haqqında məlumatlar, şəxsi əşyalar və hərbi geyim formaları kursantların marağına səbəb olub.

Sonra kursantlar aprel döyüşləri zamanı işğaldan azad olunmuş əraziləri daha yaxından izləmək imkanı əldə ediblər. N nömrəli hərbi hissəyə gələn kursantlar yeməkxanada əsgərlərlə birgə nahar ediblər. Tədbirin bədii hissəsində Gəncə Qarnizonu Zabitlər Evinin solistinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Səfərin davamı olaraq kursantlar Gəncə şəhərindəki Şah Abbas meydanını, Şah Abbas məscidini, Gəncə xanı Cavad xanın məzarını, “Gəncə Tarix Diyarşünaslıq Muzeyi”ni, İsrafil Məmmədovun Ev Muzeyini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, “Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi” Abidə Kompleksini, Nizami Gəncəvi Muzeyini, Nizami Gəncəvi Məqbərə Kompleksini və tarixi yerləri ziyarət ediblər.

Gəncə və Tərtərə səfərləri zamanı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının əldə etdikləri məlumatlar onların Vətənimiz haqqında biliklərini daha da zənginləşdirib.










 



ERMƏNİLƏRİN QAFQAZA KÖÇÜRÜLMƏSİ XRONİKASI
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycanın İrəvan şəhərinin zadəgan elitası eksklüziv fotoları əsasında hazırlanıb
SORĞU
 
 
Azərbaycan Respublikasının işğal olunmuş torpaqları hansı yolla azad edilməlidir?

Sülh yolu ilə
Müharibə yolu ilə
Suala cavab verməkdə çətinlik çəkirəm

 
 
 
DİGƏR SORĞULARA BAX