Şəki şəhərinə gəzinti əsgərlərin marağına səbəb olub
Tarix: 10-09-2018 23:04 | Müəllif:
admin | Baxılıb: 982
Ekskursiya zamanı əsgərlər Yuxarı Karvansaray, Tacirlər küçəsi və Qala divarları memarlıq abidələrini gəzib, Rəşid Bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq muzeyi, Şəki Xalq Tətbiqi Sənəti muzeyi, Şəki Xan Sarayı ilə tanış olublar. Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Şəkinin qədim tarixi, zəngin mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.
Əsgərlər Şəki mətbəxinin ləziz təamlarından olan “Şəki Pitisi” və “Şəki halvası” nın dadına baxıblar. Şəki şəhəri ilə tanışlıq əsgərlərdə xoş ovqat yaradıb